Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrell və Macarıstanın xarici işlər naziri Peter Siyarto Brüsseldə qapalı görüşdə mübahisə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico ” qəzeti məlumat yayıb.
Məlumata görə, ötən gün Brüsseldə keçirilən görüşdə Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsi müzakirə edilərkən iki siyasətçi arasında mübahisə yaranıb.
Borrell qapalı iclasda Avropa İttifaqı ölkələrindən Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün ötürülən silahlardan istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Macarıstan diplomatı məhdudiyyətlərin aradan qaldırılmasına qarşı çıxıb.
Həmçinin qapalı iclasda Macarıstan Litva və Almaniya tərəfindən Rusiya Federasiyası və Belarus vətəndaşlarını aylarla Şengen zonasında qalmağa imkan verən proqrama daxil etdiyi üçün tənqid edilib.