Lökbatandakı Maşınqayırma zavodunda ölüm hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleraf.com-a verilən məlumata görə, fevralın 7-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Maşınqayırma zavodunda ölüm hadisəsi baş verib.

Belə ki, zavodda işləyən Yunus Güləliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla əlaqədar araşdırma aparılır.