İrəvanda xəstəxanalardan birinə yanıq xəsarətləri ilə iki nəfər daxil olub.

Teleqraf.com news.am-a istinadən xəbər verir ki, yayılan məlumatlarda onların ana və bala olduğu qeyd edilib. Araşdırmalar zamanı məlum olub ki, hadisəni 47 yaşlı ana törədib. 9 yaşlı oğluna hirslənən xanım əvvəl oğlanı döyüb, daha sonra onun üzərinə benzin tökərək yandırıb. Evdə başlanan yanğın zamanı isə ananın da ağır xəsarət aldığı bildirilib.

Xəstəxanada verilən məlumata görə 9 yaşlı oğlan əməliyyat olunub. Hazırda o reanimasiya şöbəsində saxlanılır.

Faktla bağlı İrəvan polisi istintaqa başlayıb.

Samir