
Ötən sutka ərzində separatçılar Ukrayna hərbçilərinə 111 dəfə atəş açıblar. Onlar 40 yaşayış məntəqəsini atəşə tutublar.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, sutka ərzində Donbassda Ukrayna ordusunun 12 hərbçisi həlak olub, 24 nəfər yaralanıb.
Separatçılar xüsusilə Çernuxino, Novoqriqorevka, Maloorlavka, Luqansk stansiyası və Krımskı atəşə tutublar. Ən gərgin vəziyyət Debalçova ətrafında hökm sürür.
Nihad