ABŞ-ın Ukraynaya hərbi yardım etməsi danışıqlar prosesindən asılıdır.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsiz siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib.

Onun sözlərinə görə, tərəflərdən birinə silah yardımı etmək gərginliyi artıra bilər:

“Bu məsələ danışıqlar prosesində münaqişənin sülh yolu ilə həlli mövzusunda əldə ediləcək uğurlardan asılıdır. Münaqişə tərəflərindən birinə silah göndərmək məntiqsiz addımdır. Məsələ dinc yolu ilə həll olunmalıdır. Bu bizim bacarığımızdan asılıdır”.

Samir