
Ukraynanın şərqində separatçılar dinc sakinləri və onların yaşadığı binaları atəşə tutub.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, hücumlar zamanı 6 sakin həyatını itirib, 15 nəfər isə yaralanıb. Rəsmilər separatçıların atdığı mərmilərdən birinin Dokuçayevsk xəstəxanasına düşdüyünü bildiriblər. Xəstəxananın doğum şöbəsi qismən dağıdılıb.
Bu arada separatçılar yaydığı məlumatda sutka ərzində Ukrayna ordusunun 28 nəfər itki verdiyini açıqlayıblar. Ancaq Ukrayna tərəfi məsələ ilə bağlı açıqlama verməyib.
Samir