
Fevralın 6-da Yaponiyanın cənub-şərqində baş verən 5,2 bal gücündə zəlzələ Şikoku adasında yerləşən Tokuşima prefekturasındakı “İkata” atom elektrik stansiyasına (AES) zərər vurmayıb.
Yaponiya Meteorologiya İdarəsinin yaydığı məlumata görə, zəlzələnin episentri Tokişima prefekturasının cənubunda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Teleqraf.com xəbər verir ki, ümumilikdə, yeraltı təkanlar 15 prefekturada hiss edilib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.
“İkata” atom elektrik stansiyasının operatoru “Shikoku Electric Power Co.” şirkətindən bildiriblər ki, zəlzələ AES-də heç bir problem yaratmayıb.