İrəvanda taksi sürücüləri hökumət binası önündə aksiya keçiriblər.

Teleqraf.com news.am-a istinadən xəbər verir ki, aksiya iştirakçılarının qarşısına nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan çıxıb.

Nazirin sözlərinə görə, yeni qayda 12 min dram məbləğində aylıq ödəniş nəzərdə tutur və bu, taksi sürücülərinin işini asanlaşdırır: “İyirmi min taksi sürücüsü üçün yaxşı qanun qəbul etmişik. Biz hamı üçün bərabərliyi təmin edirik. Qanuna dəyişikliklər taksi sürücülərinin xahişi ilə edilib. Daha sarı və ağ nömrə nişanı yoxdur. Ödənişin miqdarı iki dəfə azaldılıb”.

Qeyd edək ki, yeni qanuna görə taksi sürücüləri ayda 12 min, ildə isə 200 min dram vergi ödəməlidir. Əvvəllər isə bu məbləğ 30 min dram təşkil edib.

Samir