"ABŞ torpaqlarında görəcəyi ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir".

Teleqraf.com-un məlumatına görə, Şimali Koreya rəhbərliyi ABŞ kimi "qanqsterlərlə" görüşməyəcəyini ifadə edərək ABŞ-ı növbəti dəfə savaşla təhdid edib.

Şimali Koreya Müdafiə Komissiyası tərəfindən verilən bəyanatda "İmperialist ABŞ kimi qanqsterlərin Şimali Koreya Demokratik Xalq Respublikasına qarşı əsgəri strategiyası döyüş çıxaracaq səviyyəyə gəldi. Şimali Koreya ordusunun və xalqının buna cavabı ABŞ-a ən acı fəlakətləri daddırmaq olacaq. ABŞ, torpaqlarında görəcəyi ən qorxunc fəlakətin yaxınlaşdığını bilməlidir" ifadələri işlədilib.

Nail Cəlil