Rusiya prezidenti Vladimir Putin fevralın 9-10-da Misirə səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb. Putin səfər çərçivəsində misirli həmkarı Abdülfəttah Sisi ilə görüşəcək.

Görüş zamanı Putinin Sisi ilə Suriya böhranını, Orta Şərq və Şimali Afrikada baş verən prosesləri, İraq və Liviya məsələlərini müzakirə edəcəyi gözlənilir.

Samir