
İraq vətəndaşı olan Basil Ramadan İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri tərəfindən öldürülən oğlunun intiqamını almaq qərarına gəlib.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, Basil Tiqrit şəhərində AK-74 avtomatı ilə terrorçuların üzərinə hücuma keçib.
Hücum zamanı 7 terrorçu öldürülüb. Basil isə İŞİD-in digər döyüşçüləri tərəfindən cavab atəşi ilə qətlə yetirilib.
Qeyd edək ki, Basil Ramadanın oğlu Əhməd bu ilin yanvar ayında İraq hökumətinə casusluqda ittiham olunaraq öldürülən 8 polisdən biri olub.
Samir