
Yəmən sahillərində qanunsuz mühacirləri daşıyan bərənin qəzaya uğraması nəticəsində 35 nəfər itkin düşüb.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, xilasedicilər 13 nəfərin həyatını xilas edə biliblər.
Digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir. İlkin məlumata əsasən, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub.