
ABŞ-da yağan güclü qar ciddi fəsadlar törədib. Belə ki, yağıntının güclənməsi ölkənin dağlıq hissəsində fəlakətə səbəb olub. Yaranan qar uçqunları, şaxtalı hava və yolların buz bağlaması nəticəsində 3 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, Bostonda 57 yaşlı qadın qar uçqununun altında qalaraq ölüb.
Həmçinin İndiana ştatında yolların buz bağlaması 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.
Güclü qar səbəbindən Nyu-York, Boston, Çikaqo hava limanlarında 3 minə yaxın aviareys ləğv olunub. Mürəkkəb hava şəraiti ilə əlaqədar yollarda iri tıxaclar yaranıb.