
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri Suriyanın Kobani şəhərinə raketlərlə hücuma keçib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçular şəhərin müxtəlif yerlərinə doğru raketlər atıblar. Hadisə zamanı könüllü kürd döyüşçüləri və akinlər arasında ölən və ya yaralıların olmadığı bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında təşkilat yaydığı bəyanatda Kobani şəhərində nəzarəti tam itirdiklərini etiraf edib.
Teleqraf.com İŞİD terrorçuları tərəfindən çəkilmiş raket hücumunu təqdim edir:
Samir