ABŞ və Avropa İttifaqı Gürcüstana qarşı xarici agentlər haqqında qanun layihəsinə görə tədbir görməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Antoni Blinken bildirib.

O, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstanda baxılan qanun layihəsini şərh edərkən deyib: "Biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk".

Blinkenin sözlərinə görə, Aİ Gürcüstanda bu qanunun qəbulunun ölkənin birliyə qoşulmasına təsirini öyrənir və müvafiq tədbirlər planlaşdırır.