Separatçıların Minsk razılaşmasını və atəşkəs tələbini rədd etməsindən sonra Ukraynanın şərqinsə vəziyyət yenidən kəskinləşib. Bu baxımdan, Donetsk vilayətinin Debaltsevo rayonunda vəziyyət daha mürəkkəb olaraq qalır.

Son saatlarda Ukrayna silahlı qüvvələri ilə Rusiya qoşunlarının dəstəklədiyi separatçı qüvvələr arasında Debaltsevo istiqmətində gedən döyüşlər şiddətlənib.

Teleqraf.com-un “UNİAN”a istinadən məlumatına görə, Rusiya qoşunları separatçılarla birlikdə Ukrayna ordusunun mövqelərini fasiləsiz atəşə tuturlar.

“Ukrayna ordusunun Debaltsevoda yerləşən hərbi bölmələri minaatanlar və artilleriyadan fasiləsiz atəş altında saxlanılır. Düşmən BM-21 “Qrad” reaktiv yaylım atəş reaktiv sistemlərindən daha fəal şəkildə istifadə edir”.

Bu bəyanat antiterror qüvvələrinin informasiya mərkəzi tərəfindən səsləndirilib.