
ABŞ Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanununun müəlliflərinə qarşı sanksiyalar tətbiq edəcək.
Teleqraf.com “Politico”ya istinadla xəbər verir ki, sənəddə bir sıra ölkə rəsmilərinin adları yer alacaq.
Sənəddə qeyd olunacaq ki, gürcü rəsmiləri Gürcüstanın demokratik dəyərləri, insan haqları və təhlükəsizliyinə zərbə vururlar.
Gürcüstan parlamenti qanun layihəsini qəbul etməzdən əvvəl ABŞ Dövlət Departamenti tətbiq olunacaq sanksiyalarla bağlı xəbərdarlıq etmişdi.