Rusiya ordusu Zaporoje vilayətinin Robotin qəsəbəsini yenidən ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetinin analitiki Yulian Röpke məlumat verib.

“Rus ordusu keçən ilki əks-hücum zamanı Ukraynanın Tokmak istiqamətində azad edə bildiyi yeganə qəsəbə Robotini geri alıb”, - analitik bildirib.

Ukrayna tərəfi Robotinin işğalı ilə bağlı məlumatı təsdiqləməyib. Qeyd edək ki, Ukrayna ordusu sözügedən kəndi 2023-cü il avqustun 28-də azad edib.