
İraqdakı peşmərgə gücləri İslam Dövləti yaraqlılarının ələ keçirdiyi neft məntəqələrinə nəzarəti ələ keçiriblər.
Kürd hərbi mənbəsi bildirib ki, döyüşlər zamanı peşmərgə mayoru snayper gülləsi ilə qətlə yetirilib.
Dünən isə İslam Dövləti qrupunun yaraqlıları yüksək rütbəli kürd komandiri və təxminən beş kürd döyüşçüsünü öldürüb.
Briqada generalı Şirko Fatih və beş döyüşçü Kərkük şəhəri yaxınlığında gedən döyüşlərdə həlak olmuşdu.
Teleqraf.com-un məlumatına görə, Reuters xəbər agentliyi dövlətin nəzarətində olan Şimal Neft Şirkətinin iki rəsmisinə istinadən İraqın şimalındakı Xabbaz neft yatağından 15 işçinin itkin düşdüyünü bildirsə də, Fransa xəbər agentliyi (AFP) girov götürülən 24 işçinin sərbəst buraxıldığını yazır. Təhlükəsizlik rəsmiləri isə obyektlərdə partlayıcı maddələrin yerləşdirildirilə biləcəyinə dair xəbərdarlıq edib.
Fransa mətbuat agentliyi atışma zamanı 46 nəfərin yaralandığını bildirib.