
Amerikalı şəxslər Ərəbistanda gözlənilmədən zorakılıqla üzləşiblər. Səudiyyə Ərəbistanında iki ABŞ vətəndaşı silahlı hücuma məruz qalıb.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan birinin yaralandığı bildirilir.
İnsident Əş-Şərkiyə əyalətində qeydə alınıb. Xəstəxanaya çatdırılan yaralının vəziyyəti sabitdir. Hücum edənlərin kimliyi barədə məlumat verilmir.
Xatırladaq ki, ötən ilin oktyabrında paytaxt Ər-Riyadda 1 ABŞ vətəndaşı öldürülmüş, digəri isə yaralanmışdı.