Kiyevin sol sahilində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri teleqramda məlumat yayıb.

"Şəhərdə həyəcan təbili çalınmayıb", - məlumatda deyilir.

Eyni zamanda Kiyev Regional Hərbi İdarəsi (OVA) teleqramda Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edildiyini bildirib.

Bundan başqa, Ukrayna hakimiyyətinin nəzarətində olan Zaporojye şəhərində də partlayış səsləri eşidilib.