
ABŞ hesab edir ki, neftin dünya qiyməti daha bir neçə il indiki kimi aşağı səviyyədə qalacaq.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Vaşinqtonda keçirilən Karib hövzəsi ölkələrinin enerji problemlərinə həsr olunan konfransda ABŞ-ın vitse-prezidenti Cozef Bayden bildirib.
"Hazırda neftin bir barrelinin qiyməti 50 dollardan aşağıdır. Güman ki, bu qiymət daha bir neçə il bu səviyyədə qalacaq", - Bayden deyib.
Onun sözlərinə görə, heç bir ölkə neftdən öz qonşularına təzyiq üçün istifadə etməməlidir: "İstər bu qonşu Ukrayna, istərsə də Karib hövzəsi ölkəsi olsun, buna yol verilməməlidir".
Nihad