ABŞ-ın Kaliforniya ştatında hərbi təlim zamanı faciə baş verib. Ölkənin dəniz piyadalarına məxsus helikopter qəzaya uğrayıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən xəbərinə görə, insident nəticəsində 2 hərbçi ölüb.

“Los Angeles Times” qəzetinin məlumatına görə, ABŞ Müdafiə nazirliyi faktı təsdiqləyib.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.