
ABŞ Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyə çalışmır və İranla münaqişənin olmasını istəmir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin köməkçisi Sabrina Sinq deyib.
“Amerika hərbçilərinə qarşı 160-dan çox hücum regionda gərginliyin artmasına səbəb oldu. İranla münaqişəyə can atmırıq, daha geniş regional konflikt axtarmırıq”, - Pentaqon rəsmisi bildirib.
Onun sözlərinə görə, İrana bağlı birləşmələrin hücumuna məruz qalan İordaniyadakı ABŞ qüvvələri İŞİD terror təşkilatına qarşı mübarizə aparır.
Sinq vurğulayıb ki, 2023-cü il oktyabrın 17-dən bəri bölgədə ABŞ hərbçilərinə qarşı 168 hücum olub. O qeyd edib ki, noyabrın 19-dan bəri Yəməndəki “Ənsarallah” Hərəkatı Qırmızı dənizdə 41 dəfə ticarət gəmilərinə hücum edib.