Kiyevin nəzarətində olan Zaporojye şəhərində bir neçə partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” qəzeti özünün teleqram kanalında məlumat yayıb.

“Zaporojyedə partlayışlar barədə məlumatlar var”, - nəşr yazır.

Ukrayna Silahlı Qüvvələrinin (AFU) məlumatına görə, şəhər pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Hələlik əlavə təfərrüatlar və heç bir rəsmi şərh verilməyib.