
Pakistanda keçirilən əməliyyatlar zamanı terrorçuluqda şübhəli bilinən 8281 şəxs saxlanılıb.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Pakistan baş naziri Navaz Şərif açıqlama verib. Onun sözlərinə görə, ümumilikdə ölkə ərazisində 2861 anti-terror əməliyyatı keçirilib. Saxlanılan şəxslərdən 22 nəfəri din xadimidir.
Navaz Şərif qeyd edib ki, Pakistan hökuməti bu cür əməliyyatların keçirilməsi üçün 7 milyondan çox vəsait ayrılıb.
Samir