
Amerika Birləşmiş Ştatları İranla danışıqlarda müsbət nəticələrə ümid edir. Əldə olunan nəticə bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqindən daha məqsədəuyğundur.
Teleqraf.com-un "RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu fikirləri ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Obama İrana qarşı sanksiyalarla bağlı hazırlanan qanunlara veto qoyacağını qeyd edib. “Mən Konqresin hər hansı qanun layihəsinə veto qoyacam. Bu barədə konqresmenlər artıq xəbərdardırlar”, deyə Obama bildirib.