İsrailin Qəzza zolağının şimalından bir milyon insanın təxliyəsi tələbinə yenidən baxılmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Avropa Birliyin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib. O X (keçmiş Twitter) sosial şəbəkəsində yazıb:
“Qəzza zolağının şimalından 1 milyon insanın təxliyəsi əmri ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir”,
Borrell vurğulayıb ki, Qəzzada bütün girovlar azad edilməli və mülki şəxslər canlı qalxan kimi istifadə edilməməlidir.