Rusiya qüvvələri cəbhənin bir neçə istiqamətində Ukrayna ordusunun mövqelərinə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ötən gün ərzində tərəflər arasında 25 toqquşma baş verib. Xüsusilə, Ukrayna qüvvələri Baxmut istiqamətində rusların itirilmiş mövqelərini bərpa etməyə çalışdığı Klişçivka ərazisində 5 hücumun qarşısını alıb. Həmçinin, rus ordusunun Avdiv və Severnı ərazilərində da hücumları dəf edilib.

Rusiya qoşunları Ukrayna qüvvələrini Marindən çıxarmaq üçün 10-dan çox cəhd göstərsə də, məqsədlərinə nail olmayıb. Bundan başqa, Rusiya bu yöndə itirilmiş mövqelərini geri almağa cəhd edib. Rus ordusu Novomixaylivka rayonundakı mövqe döyüşündə uğur qazana bilməyib.

Baş Qərargahdan verilən məlumata görə, Ukrayna ordusu Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir.