Gecə saatlarında Ukrayna əraziləri müxtəlif növ raketlər və İran PUA-ları ilə hədəfə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ukrayna hərbi aviasiyası 11 “Kalibr” qanadlı raketi və 19 “Şahid” zərbə PUA-sını məhv edib. Bundan başqa, 2 P-800 “Oniks” gəmi əleyhinə raketi də sıradan çıxarılıb.

Son sutka ərzində rus ordusunun 3 hücum PUA-sı (“Lanset”) və 4 kəşfiyyat dronu məhv edilib.