
“Qərb ölkələrinin Rusiyaya qarşı ittihamları ikiüzlülükdür”.
Teleqraf.com xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Bəşəriyyət tarixində ilk dəfə olaraq 19 ən güclü ölkə BMT Təhlükəsizlik Şurasının iştirakı və ya hər hansı bir qərar olmadan Avropanın suveren ölkəsinə amansızcasına hücum etmək qərarına gəlib”, - Serbiya lideri bildirib.
Onun sözlərinə görə, 15-24 il əvvəl demək olar ki, bütün Qərb dövlətləri guya humanitar fəlakətin qarşısını almaq üçün Serbiyanın həyatına müdaxilə ediblər. Prezident vurğulayıb ki, Serbiya heç bir ölkənin mövcudluğu üçün təhlükə yaratmayıb.
Vuçiç Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən Qərb ölkələrinin Serbiyaya hücum üçün istifadə etdikləri arqumentləri unudulmasından narahatdır.