Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sammitində iştirak etmək üçün 16-20 sentyabr tarixlərində ABŞ-da olacaq.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri sammitin ilk günü - sentyabrın 19-da BMT Baş Assambleyasında çıxış edəcək.

Prezident Ərdoğanın Nyu-Yorkda həmkarları başda olmaqla bir çox yüksək səviyyəli təmas və görüşlər keçirəcəyi gözlənilir.