Roma Papası Fransisko bildirib ki, Ukrayna hərbi əməliyyatlar üçün böyük dramatik teatra çevrilib.

O, bu fikirləri yeni ilin başlanğıcında keçirdiyi ənənəvi görüşündə bəyan edib. Xatırladaq ki, Vatikanın ruhani lideri hər il yanvarın əvvəllərində xarici dövlətlərin və beynəlxalq təşkilatların diplomatik nümayəndəliklərinin başçılarını birlikdə qəbul edir.

Papa görüşdəki çıxışında dünyada baş verən münaqişələr, böhranlar, onların həlli, aradan qaldırılması yolları haqqında geniş danışıb.

Ukrayna münaqişəsi barədə xüsusi söhbət açan Fransisko Benedikt məsələnin qarşılıqlı anlaşma, dialoq və sülh yolu ilə həll olunacağına ümid etdiyini söyləyib.

Nail Cəlil