“Bizim ticarət gəmilərimizin təhlükəsiz şəkildə gətirilməsini təmin etmək üçün həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparırıq".

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumat üçün bildirək ki, "Taxıl dəhlizi" sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb.