BAKI, 26 iyun. TELEQRAF
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
1994-cü il təvəllüdlü İsayev Samir Cabir oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb. Onun hər iki qoluna çoxsaylı bıçaq zərbəsi vurulub.
O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.