BAKI, 26 iyun. TELEQRAF

Bakının Qaradağ rayonunda yerləşən kərpic istehsalı zavodunda partlayış baş verib.

Teleqraf xəbər verir ki, hadisə rayonun Səngəçal qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, partlayışa zavodda baş verən qaz sızması səbəb olub.

Hadisə nəticəsində zavodun işçiləri – 1992-ci il təvəllüdlü Zülfüqarov Qayıb Zabit oğlu və 1997-ci il təvəllüdlü İsmayılov Emil Hüsünağa oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.