Türkiyənin Afyonkarahisar şəhərində işçiləri daşıyan avtobus dərəyə aşıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 6 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Xəsarət alanlar Afyonkarahisar və Konyadakı xəstəxanalara yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.