Səudiyyə Ərəbistanı Parisdə “Charlie Hebdo” satirik həftəliyinə hücumu pisləyib. Musavat.com xəbər verir ki, məlumatı “Əl Ərəbiyə” hökumətin rəsmi bəyanatına istinadən yayıb.

“Krallıq İslamın yol vermədiyi qorxaq terror aktını pisləyir”, - bəyanatda deyilir.

Ər-Riad həlak olanların ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.