Avropa İttifanın xarici siyasət idarəsinin rəhbəri Jozef Borrell Ukraynada sülhün tərəfdarı olanları və Kiyevə silah tədarükünün dayandırılmasını tənqid edib.
Teleqraf.com xəbər verir ki, Borrel “Onda Cero” radiostansiyasına müsahibəsində qeyd edib ki, Ukraynada sülh ancaq müəyyən şərtlər daxilində mümkündür.
“Və bundan sonra nə olacaq? Əgər siz Ukraynaya hərbi yardımı dayandırsanız, bu, Rusiyanın gedəcəyi anlamına gəlmir. Biz hamımız sülh istəyirik, amma bilməliyik ki, necə bir dünya istəyirik”, - Borrell bildirib.
Diplomat bu məsələdə məqsədin yalnız Rusiyanın işğal olunmuş ərazilərdən çıxarılması ola biləcəyini vurğulayaraq, atəşkəsin mümkün olmadığını əlavə edib.
Borrell bildirib ki, Avropa Ukraynaya hərbi dəstək verməyə davam edəcək. O qeyd edib ki, “Eurostat” sorğuları göstərir ki, Avropa əhalisinin əksəriyyəti Ukraynaya davamlı dəstəyin tərəfdarıdır.