Ukrayna-Rusiya müharibəsi tezliklə həlledici mərhələyə qədəm qoyacaq.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coan Əl-Cəzirə telekanalına müsahibəsində deyib.

Onun fikrincə, hərbi əməliyyatların mümkün eskalasiyası proqnozlaşdırılmır.

“Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq”, - o deyib.

Baş katibin müavininin sözlərinə görə, NATO əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində qarşılaşdığı hadisədən sonra Alyansa qarşı döyüşmək istəməyəcək.