Finlandiya Baş naziri Sanna Marin mayın 16-da isveçli həmkarı Maqdalena Anderssonla görüşərək, NATO-ya üzvlük müraciətlərini açıqlayacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” qəzeti yazıb.

Finlandiya Xarici İşlər naziri Pekka Havisto “İltalehti”nin iddiasına açıqlama verməkdən imtina edib. Bununla belə, o, iki ölkənin oxşar seçimlər etməli olduğuna dair fikirlərini təkrarlayıb.

İsveçin “Aftonbladet” qəzeti də Stokholm və Helsinkinin NATO-ya üzvlük qərarını eyni vaxtda elan edəcəyini yazıb.

Rusiya İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Baltik regionunda nüvə silahı yerləşdirəcəyini açıqlayıb. Moskva bundan əvvəlki açıqlamalarında iki ölkənin NATO-ya üzvlüyünün nəticələrinin olacağını bildirib.