Ukraynadakı münaqişə uzunmüddətli olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

O iddia edir ki, ABŞ-la müttəfiqləri və NATO tərəfdaşları Ukraynada baş verənlərə uzun müddət cəlb ediləcəklər.

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan demişdi ki, Ukrayna münaqişəsinin növbəti mərhələsi aylarla və ya daha uzun müddət davam edə bilər.