Çinin cənubundakı Haynan əyalətində Kalmaegi qasırğasına görə uçuşlar ləğv edilib, gəmilər sahilə çağırılıb.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Haynan əyalətinin Vınçang şəhəri başda olmaqla bir çox bölgəsini təsir altına alan qasırğa səbəbindən Haykou Meylan hava limanında 104, Sana Phoenix beynəlxalq aeroportunda 69 uçuş ləğv edilib.

Bölgədə 4300 balıqçı gəmisi sahilə çəkilib, 19924 nəfər sahil ərazilərdən təxliyə olunub.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.