
“İraq-Şam İslam Dövləti” (İŞİD) döyüşçülərinin baş kəsib şəkil çəkdirmələrinə bu dəfə bir qadın da qoşulub.
Teleqraf.com-un gazetevatan.com-a istinadən verdiyi xəbərə görə, qadın sosial mediada bölüşdüyü şəkilin altına "Xəyalımdakı peşəm terrorçu həkim olmaqdır" yazıb.
Twitter sosial şəbəkəsinə "Mujahidah Bint Üsamə" hesabı ilə daxil olan qadın döyüşçü yaydığı fotoşəkil və mesajlarla İngiltərə və dünyanın gündəmində yer alıb.
Əlində edam edilmiş bir adamın kəsik başını tutan qadının 21 yaşında bir ingilis vətəndaşı olduğu iddia edilib.
Qadının paylaşdığı fotoşəkildə arxada iki balaca uşağın olması da diqqətdən yayınmır. Uşaqlar qəribə şəkildə qadının əlindəki kəsik başa baxır.
Xatırladaq ki, “Mujahidah Bint Üsamə” sözünün mənası “Üsamə Bin Ladenin mücahid qızı” anlamına gəlir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.