
İran Prezidenti Həsən Ruhani sentyabrın 15-də Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Prezidentinin Administrasiyası məlumat yayıb.
İran prezidenti səfər çərçivəsində Ankarada Rusiya və Türkiyə prezidentlərinin iştirakı ilə birlikdə Suriya probleminin həlli yollarını müzakirə edəcək.
Ruhaninin rusiyalı həmkarı Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşlər keçirəcəyi nəzərdə tutulub.