Gürcüstan baş nazirinin aparat rəhbəri Giorgi Çoladze istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Giorgi Çoladze sosial mediada məlumat yayıb.

O, bu gün aparat rəhbəri postunda sonuncu iş gününün olduğunu bəyan edib.

Xatırladaq ki, baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr daxildir.