
Türkiyənin İstanbul şəhərində partlayış baş verib.
Hadisə Büyükçekmece rayonunda binaların birinda baş verib.
Partlayış nəticəsində ilkin məlumatlara əsasən 3 nəfər xəsarət alıb.
Qeyd olunur ki, partlayışdan sonra yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və tibbi yardım briqadaları cəlb olunub.
Partlayışın səbəbləri hələlik məlum deyil./Trend/