
Malinin Agelk kommunasında terrorçular BMT-nin düşərgəsində hücum edərək 8 sülhməramlını qətlə yetiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Malidə vəziyyətin sabitləşdirilməsi üzrə missiyasının (MINUSMA) "Facebook" səhifəsində deyilir.
Məlumatda bildirilir: "İlkin məlumata əsasən, hücum nəticəsində 8 sülhməramlı həlak olub, bir çoxu isə yaralanıb".
Qeyd edilir ki, yaralanan sülhməramlılar missiyanın xəstəxanalarına yerləşdiriliblər.