YPG/PKK terror təşkilatlarının nəzarətində olan Suriyanın Menbiç şəhərində ABŞ hərbçilərinin patrul nəzarəti xidməti zamanı partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində çoxsaylı yaralıların olduğu bildirilir.

Məlumata görə, ölən 11 nəfərdən 2-si ABŞ hərbçisidir.

ABŞ ordusu dərhal helikopterlərlə hərbçiləri təxliyə edib.

“Əl Cəzirə”nin məlumatına görə, 19-dan çox yaralı var.

İlkin versiyalara görə, “Qəsr əl-Üməra” restoranının yaxınlığında bomba quraşdırılmış avtomobil partladılıb.