İtaliyanın mərkəzində 4.1 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələnin episentri Akvila əyalətinin Kollelonqo şəhəri ətrafında 17 km dərinlikdə yerləşib. Təkanlar Abrutso və Latsionun yaşayış məntəqələrində, habelə Romanın bəzi rayonlarında hiss edilib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.